Məzmuna keç

Sərnişin avtobusu yük maşınına çırpılıb: yaralılar var

Türkiyənin Mersin şəhərində sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində 10 nəfər xəsarət alıb.

E-huquq.az "TRT Haber”ə istinadən xəbər verir ki, sərnişin avtobusu Adana-Pozantı avtomobil yolunda yük maşınının arxasına çırpılıb.

Qəza yerinə çox sayda təcili yardım, jandarma və xilasetmə qrupları göndərilib.

Hadisə nəticəsində xəsarət alan 10 nəfər müxtəlif xəstəxanalara aparılıb.

Şəbnəm Mehdizadə