Məzmuna keç

Serbiya parlamentində insident olub, yaralılar var

Serbiya parlamentində müxalifət və hakim partiyanın deputatları arasında dava düşüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, parlament Ana Brnabiçin sədrliyi ilə baş nazir Vuçeviçin istefası və ali təhsil qanunu kimi məsələlər də daxil olmaqla 62 maddənin müzakirəsi üçün toplanıb.

Gündəlik təsdiqləndikdən sonra müxalifətçi Yaşıl Sol Cəbhədən olan millət vəkili Radomir Lazoviç tribunaya çıxmaq istəyib, lakin parlamentin təhlükəsizlik xidmətiniin müdaxiləsi ilə üzləşib. Müxalifət və iqtidardan olan deputatların da tribunaya yaxınlaşması ilə əlbəyaxa dava düşüb.

Müxalif deputatlar məşəl alovlandırıb və tüstü bombaları atıb. Nəticəsə parlamentin binasını tüstü bürüyüb. Dava edən deputatlardan bəziləri yaralanıb.

Parlament sədri Brnabiç açıqlamasında bildirib ki, hadisələr zamanı başından tüstü bombası ilə vurulan bir deputat xəstəxanaya aparılıb. Brnabiç beyninə qan sızması səbəbindən deputatın həyatının təhlükə altında olduğunu bildirib.

O, həmçinin daha bir deputatın başına tüstü bombası düşməsi nəticəsində yaralandığını qeyd edib. Sədrin sözlərinə görə iki deputat istefa ərizəsi verib.

İnsidentin ardınca çox sayda insan parlament binası qarşısına toplaşmağa başlayıb.

Humay Eminqızı