Məzmuna keç

Aİ ABŞ-nin tarif qərarına reaksiya verib

ABŞ prezidenti Donald Trampın Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz gömrük rüsumunun tətbiqi ilə bağlı qərarı bu gündən etibarən qüvvəyə minəcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ABŞ-nin tariflərinin qeyri-müəyyənliyi artıraraq qlobal ticarətə zərər verəcəyini bildirir.

Aİ Komissiyasının sözçüsü Olof Gill, "ABŞ-ni yanaşmasını yenidən nəzərdən keçirməyə və bütün tərəflərə fayda verəcək kooperativ, qaydalara əsaslanan həll yolunda işləməyə çağırırıq", – deyə bildirib.

O, ABŞ-nin tətbiq etdiyi tariflərin Atlantik okeanı boyunca dərin inteqrasiya olunmuş təchizat zəncirlərini, investisiya axınını və iqtisadi sabitliyi təhdid etdiyini qeyd edib.

Meksika və Kanadanın iki ayrı ticarət müqaviləsi ilə Aİ-nin iqtisadi tərəfdaşları olduğunu xatırladan Gill, "bu hərəkət qlobal ticarəti pozmaq, əsas iqtisadi tərəfdaşlara zərər vermək və lazımsız qeyri-müəyyənlik yaratmaq riskini daşıyır", – deyə əlavə edib.

Humay Eminqızı