Məzmuna keç

Türkiyədə 131 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Kırklareli şəhərində 131 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Kırklareli valisi Uğur Turan məlumat verib.

Onun sözlərinə görə, şəhərdə qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində 8 əməliyyat keçirilib.

Əməliyyatlarda 7 nəfər həbs edilib, 7 nəqliyyat vasitəsi isə ələ keçirilib.

3 min 10 nəfərin şəxsiyyət vəsiqəsi yoxlanılıb və bu yoxlamalar zamanı 131 qeyri-qanuni miqrant aşkar edilib.

Vali həmçinin FETÖ, İŞİD və digər terror təşkilatlarına qarşı da əməliyyatlar keçirildiyini bildirib.

Şəbnəm Mehdizadə