Məzmuna keç

Rusiya “Twitch”i cərimələdi

Rusiya canlı yayım platforması olan "Twitch"i cərimələyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə istifadəçilərin məlumatlarını lokallaşdırmadığı üçün "Twitch"in 13 milyon rubl (təxminən 145 min dollar) cərimələnməsi barədə qərar çıxarıb,

Ölkədə "Twitch"lə yanaşı, "WhatsApp", "Spotify" və "LinkedIn" kimi müxtəlif xarici platformalar da istifadəçi məlumatlarını lokallaşdırmadıqları üçün cərimələnib.

Şəbnəm Mehdizadə