ABŞ-nin Missisipi ştatında güclü fırtına baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Missisipi qubernatoru Tate Reeves sosial media hesabında etdiyi paylaşımda əyalətdəki əlverişsiz hava şəraiti səbəbindən 2 nəfərin həyatını itirdiyini bildirib.
Yerli media bir nəfərin elektrik naqilinin aşması, digərinin isə ağacın avtomobilinin üzərinə aşması nəticəsində öldüyünü bildirib.
Oklahoma ştatında 5, Luiziana ştatının Kaddo Parish bölgəsində 2 və Texas ştatının İrvinq şəhərində 1 tornado baş verib.
Şiddətli fırtına güclü yağışlar avtomobillərin aşmasına, bina damlarının uçmasına səbəb olub.
Texasda 178 mindən çox, Luizianada təxminən 23 min, Missisipidə 18 min, Alabamada təxminən 88 min, Oklahomada 16 min və Tennessidə 23 mindən çox ev işıqsız qalıb.
Ölkə üzrə 500-dən çox uçuş reysi ləğv edilib.
Milli Meteoroloji Xidmət Missisipi və Luizianadan keçərək Alabama istiqamətində hərəkət edən və sürəti saatda 113 kilometrə çatan fırtınanın daha çox fasilələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Humay Eminqızı
