Türkiyənin Antalya şəhərində meşə yanğını başlayıb.
E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Kəmər rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Əraziyə Antalya Meşə Region İdarəsinin qrupları cəlb edilib.
Yanğının söndürülməsi işinə 2 su təchizatı maşını və çoxlu sayda yanğınsöndürən cəlb olunub.
Komandalar yanğının söndürülməsi istiqamətində tədbirlərini davam etdirirlər.
Lakin bölgədə əsən güclü külək yanğının söndürülməsinə mane olur.
Şəbnəm Mehdizadə
