- 14:20
Cənubi Koreyada hərbi vəziyyət elan edildikdən sonra prezident postundan uzaqlaşdırılan Yoon Suk Yeol azadlığa buraxılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Yoon 3 dekabr 2024-cü ildə elan edilən hərbi vəziyyətlə bağlı ittihamnamənin qanunsuz olduğunu əsas gətirərək həbs qərarına etiraz edib. Seul Mərkəzi Dairə Məhkəməsi Yoonun həbsə dair etirazını qəbul edib. Məhkəmənin qərarından sonra o azadlığa buraxılıb.
Qeyd edək ki, Yoon Suk Yeol yanvarın 19-da Seul Qərb Dairə Məhkəməsinin qərarı ilə "iğtişaşa rəhbərlik etmək" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamı ilə həbs edilib.
O, Cənubi Koreya tarixində həbs edilən ilk dövlət başçısıdır.
Humay Eminqızı