Fransanın Paris şəhərinin şimalındakı Sen-Deni rayonunda dəmir yolu relslərinin yaxınlığında bomba aşkar edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə göndərilən bomba zərərsizləşdirmə qrupları bombanın İkinci Dünya Müharibəsindən qalan partlamamış bomba olduğunu müəyyən edib.
Fransanın milli dəmir yolu operatoru SNCF, polisin tələbi ilə Gare du Nordda xidmətlərin səhər saatlarına qədər dayandırıldığını açıqlayıb.. Sərnişinlərdən səyahətlərini təxirə salmaları xahiş edilib.
Fransanın nəqliyyat naziri Filip Tabaro bölgədəki yerli sakinlərin və qatar stansiyalarına yaxın insanların partlayış riskindən narahat olmalarına ehtiyac olmadığını vurğulayaraq, bu cür bombaların zərərsizləşdirilməsi və çıxarılması üçün lazımi prosedurların həyata keçirildiyini bildirib.
Humay Eminqızı
