Məzmuna keç

Ukraynalı nazir: “Ölkənin enerji və təbii qaz infrastrukturu intensiv hava hücumu təhlükəsi altındadır”

Ukraynanın energetika naziri German Qaluşenko Rusiya ordusunun ölkə daxilində enerji və təbii qaz infrastrukturuna intensiv hava hücumu həyata keçirdiyini bildirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir bu barədə öz “Facebook” hesabında yazıb.

Hücumda raketlərdən və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyini bildirən Qaluşenko, “Ukraynanın müxtəlif bölgələrində enerji və təbii qaz infrastrukturu yenidən intensiv raket və pilotsuz uçuş aparatlarının hücumları altındadır”, – deyə qeyd edib.

Nazir bildirib ki, Rusiyanın məqsədi Ukraynadakı insanları işıq və istilik enerjisindən məhrum etməkdir.

Xarkov meri İqor Terexov da “Facebook” səhifəsində Rusiya ordusunun şəhərin mülki infrastrukturuna raket hücumu həyata keçirdiyini bildirib. O, hücum nəticəsində 8 nəfərin xəsarət aldığını bildirib.

Ukrayna Ordusunun Hərbi Hava Qüvvələrindən verilən açıqlamada ölkənin müxtəlif bölgələrinə raket və PUA hücumları təhlükəsinin davam etdiyi qeyd olunub.

Humay Eminqızı