Avstraliyanın şərq sahillərində "Alfred" qasırğası ciddi fəsadlar törədib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kvinslend və Yeni Cənubi Uelsdə yaşayan əhaliyə təxliyyə illə bağlı çağırış edilib.
Mərkəzdə küləyin sürəti saatda 130 kilometrə çatıb. Minlərlə evdə elektrik enerjisi kəsilib. Brisben hava limanı bütün uçuşları ləğv edib.
Baş nazir Anthony Albanese də əhaliyə çağırış edib.
Cənubi Uels sahillərində isə bir nəfər itkin düşüb.
Humay Eminqızı
