Türkiyənin İstanbul şəhərində DHKP/C terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində 2014-2016-cı illərdə terror təşkilatına maliyyə dəstəyi verdiyi iddia edilən 32 nəfər barəsində həbs qərarı çıxarılıb.
Təşkilata maliyyə dəstəyi vermək məqsədilə bu şəxslər tərəfindən ehtiyac komitəsinin (İKOM) yaradıldığı da müəyyən edilib.
Şübhəlilər arasında Ataşehir, Maltəpə, Sarıyer və Şişli bələdiyyələrinin işçiləri də olub.
Polis Samsun, Bursa, İzmir və İstanbulda 31 ünvanda eyni vaxtda əməliyyat keçirib.
Əməliyyat zamanı sabiq Ataşehir və Maltəpə bələdiyyə sədrlərinin müavinləri də daxil olmaqla 32 şübhəli saxlanılıb.
Şəbnəm Mehdizadə
