Məzmuna keç

Ağ Ev ABŞ-Ukrayna danışıqlarını müsbət qiymətləndidi

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar müsbət və məhsuldar olub.

E-huquq.az-ın xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Ukrayna ilə danışıqlar barəsində bu gün boyunca aldığımız xəbərlər müsbət olub və görüş məhsuldar keçib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Ciddə şəhərində keçirilən danışıqlar başa çatıb. Hər iki tərəf müzakirələrin yekunları ilə bağlı birgə bəyanat təqdim edəcək.