Məzmuna keç

Türkiyədə sərnişin avtobusunda yanğın olub

Türkiyənin İstanbul şəhərində sərnişin avtobusu yanıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Beşiktaş bölgəsində avtobusda naməlum səbəbdən yanğın baş verib.

Alov sürətlə böyüyərək bütün avtobusu bürüyüb.

Yanğın yanğınsöndürənlər tərəfindən nəzarət altına alınıb.

Yanğın nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb.

Şəbnəm Mehdizadə