- 00:31
ABŞ-nin Luiziana ştatında ilk dəfə məhkum azot qazından istifadə edilərək edam edilib.
E-huquq.az xarixci mətbuata istinadən xəbər verir ki, Ali Məhkəmə dairə hakiminin edamı dayandırmaq qərarını rədd etdikdən sonra məhkum Jessie Hoffman Jr. Edam edilib.
Hoffmanın vəkili Cecelia Kappel verdiyi açıqlamada qərara etiraz edib.
Beləliklə sözügedən ştatda 15 ildən sonra ilk dəfə edam cəzası tətbiq edilib.
Bundan əlavə, ştatda ilk dəfə olaraq azot qazından istifadə etməklə məhbus edam edilib.
Qeyd edək ki, Hoffman fevral ayında dövlətə qarşı qaldırdığı iddiada icranın dayandırılmasını istəyib. Martın əvvəlində keçirilən məhkəmə iclasında Hoffmanın vəkilləri azot qazı ilə edam üsulunun ABŞ Konstitusiyası çərçivəsində “qəddar” olduğunu müdafiə ediblər. ABŞ Rayon Məhkəməsinin hakimi martın 12-də Hoffmanın azot qazı ilə edam edilməsinin qarşısını almaq üçün ilkin qərar qəbul edib. ABŞ Ali Məhkəməsi isə bu qərarı ləğv edib.
Şəbnəm Mehdizadə