İtaliyada 1 avroya mənzillər satılır


  • 19 Mart 12:52

İtaliyada əhalinin azalmasının qarşısını almaq üçün tərk edilmiş evlər 1 avroya satılır.

E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İtaliyanın mərkəzi hissəsindəki Abruzzo bölgəsində, Adriatik sahilləri ilə Qran Sasso dağ silsiləsi arasında yerləşən Penne qəsəbəsində 1 avroluq evlər satışa çıxarılıb.

Qəsəbə rəhbərliyi əhalinin sayının azaldığı və bölgədə yaşayanların evlərini tərk etdiyinə görə belə addım atıb.

Belə ki, həmin mənzilləri alan şəxslərdən üç il ərzində təmir bərpa işlərini həyata keçirmələri xahiş edilib.

Penne şəhərinin meri Petrucci deyib ki, bələdiyyənin təmir işlərini dəstəkləyən podratçı, memar və ekspertlərdən ibarət komandasıı var.

Petruççinin sözlərinə görə, kiçik və orta ölçülü bir evin əsaslı təmirinin ilkin dəyəri 20 min avro civarındadır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər