- 00:31
Türkiyənin Kocaeli şəhərində təkrar emal müəssisəsində yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kocaelinin Kartepe rayonunda yerləşən müəssisənin elektron tullantıların saxlandığı hissəsində naməlum səbəbdən yanğın baş verib.
Bölgəyə xilasetmə, təcili yardım və polis qrupları cəlb edilib.
Bir müddət sonra qruplar yanğını nəzarətə götürüb.
Yanğın nəticəsində obyektə maddi ziyan dəyib.
Yanğınla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə