- 00:31
İngiltərənin Blenheim sarayında nümayiş etdirilən 4,8 milyon funt-sterlinq dəyərində qızıl tualet oğurlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Oksfordda yerləşən tarixi binada keçirilən rəsm sərgisindən saatlar sonra baş verib.
Oğrular qapıları sındıraraq binaya daxil olub və sənət əsərlərini oğurlayıblar.
Maykl Cons soyğunçuluğu planlaşdırmaqda, Fred Doe isə oğurlanmış qızılları satmağa cəhd etməkdə təqsirli bilinib.
Beş nəfərlik dəstənin lideri kimi tanınan James Sheen isə 2005-ci ildən bəri ən azı altı dəfə həbs cəzasına məhkum edilib. Məhkəmədə təqdim edilən dəlillərə görə, oğurlanmış sənət əsərləri tez bir zamanda sökülərək satılıb. Qızıl tualetin heç bir hissəsi tapılmayıb. Sheen hadisədən bir neçə həftə sonra saxlanılsa da, sübut olmadığı üçün sərbəst buraxılıb. Azadlığa çıxandan sonra o, müxtəlif oğurluq və fırıldaqlarla məşğul olmağa davam edib. Məhkəməyə təqdim edilən məlumata görə, sarayda mühafizə sisteminin olmadığı üzə çıxıb. Əsər sadəcə nazik taxta qapı arxasında kilidli saxlanılıb. Polis həyəcan siqnalı çaldıqdan 5 dəqiqə sonra hadisə yerinə gəlsə də, dəstə artıq qaçıb.
Araşdırma davam edir.
Şəbnəm Mehdizadə