- 00:31
İranda İlaxır Çərşənbə ilə bağlı keçirilən şənliklərdə 19 nəfər həlak olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Tehranda dünən iftardan sonra başlayan bayram şənliklərində vətəndaşların bir qismi od yandıraraq onun üzərindən tullanıb, digərləri isə atəşfəşanlıq edib, əldəqayırma partlayıcılardan istifadə edib.
İran Fövqəladə Hallar Mərkəzinin açıqlamasına görə, müxtəlif partlayıcı maddələrin istifadə olunduğu şənliklər zamanı19 nəfər ölüb, yaralıların sayı isə 5 min 568-ə yüksəlib.
Bildirilib ki, 6 ölüm hadisəsi şənliklərə bir neçə gün qalmış partlayıcı hazırlığı zamanı baş verib.
Yaralılardan 338 nəfər əzalarını itirib, 1 557 nəfər isə göz zədələri alıb.
Bildirilib ki, yaralıların çoxu Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycandan olub.
Humay Eminqızı