- 00:31
Türkiyənin İzmir şəhərində güclü yanğın olub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmirin Qaziemir rayonunda keramika anbarının olduğu açıq sahədə naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər gələrək yanğına müdaxilə ediblər.
Yanan keramika qutuları digər hissələrə keçməzdən əvvəl alov söndürülüb.
Yanğına keramika anbarının ətrafındakı zibillərin yanında qalan közlərin səbəb olduğu iddia edilib.
Şəbnəm Mehdizadə