- 00:31
Beynəlxalq Kosmik Stansiyada 9 aydan çox qapalı qalan iki astronavt dünyaya qayıdıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Agentliyi (NASA) aylarla kosmosda qapalı qalan Butch Vilmore və Suni Villiamsın Dragon kapsulu ilə enişini canlı yayımlayıb.
Astronavtları daşıyan kapsul 17 saatlıq səyahətdən sonra Florida sahillərinə enib.
Astronavtlar yerli vaxtla saat 17.57 radələrində Florida sahillərinə enib.
Qeyd edək ki, astronavtlar 2024-cü ilin iyun ayında “Boeing”in yeni Starliner kapsulu ilə bir həftəlik sınaq uçuşu üçün kosmosa göndərilib. Lakin texniki nasazlıq səbəbindən iki astronavtın geri qayıtma tarixi təxirə salınıb və NASA kapsulun boş qayıtması barədə göstəriş verib.
Şəbnəm Mehdizadə