- 00:31
Everest zirvəsinə qalxan alpinistlər üçün yük daşıyan bələdçilər artıq dronlardan istifadə edə biləcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, gələn ay Everest dağına dırmaşma mövsümünə start verilir.
Artıq ekspedisiya şirkətləri yüksək hündürlüklərdə təxminən 16 kiloqrama qədər faydalı yük daşıya bilən dronları sınaqdan keçirəcək. Beləliklə Everestin əsas düşərgəsindən 1-ci düşərgəyə əşyalar hava ilə 15 dəqiqəyə daşına biləcək. Bunun yerli bələdçilərin yükünü yüngülləşdirməklə yanaşı artan ölüm halları və qəzaların sayının azaldacağını proqnoz edirlər.
Təxminən bir ildir ki, operatorlar Çin istehsalçısı tərəfindən hədiyyə edilmiş iki pilotsuz təyyarə ilə təcrübə aparırlar.
Pilotsuz uçuş aparatlarının ilkin qiyməti yüksək olsa da, zamanla qurumların xərclərini azaldacağı bildirilir.
Şəbnəm Mehdizadə