- 00:31
Avstraliyada üç iti dişli ilan tapılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya Sürünənlər Parkında nadir mutasiyaya malik “ölüm gürzəsi” aşkar edilib.
Bildirilib ki, parkın kolleksiyasında azı 20 ildir ki, üç dişli ilan aşkarlanmayıb. Bu müddət ərzində parkda minlərlə ilan saxlanılıb.
Normalda iki dişi olan "ölüm gürzəsi" ən təhlükəli sürünənlərdən biri kimi tanınır.
Şəbnəm Mehdizadə