Məzmuna keç

İstanbulda Ramazan tədbirində səhnə çöküb, 5 nəfər yaralanıb

Türkiyənin Qaziosmanpaşa mahalında rayon bələdiyyəsinin Ramazan ayı ilə əlaqədar qurduğu tədbir çadırının səhnəsi çöküb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Polis hadisə yerində araşdırma aparıb.

Humay Eminqızı