- 17 Aprel 23:52
Türkiyənin Yozgat şəhərində güclü qara görə məktəblər bağlanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bölgədə yağan qar ciddi fəsadlar törədib.
Yozgat valiliyindən verilən məlumata görə, hava şəraiti ilə əlaqədar tədris prosesinə bir günlük fasilə verilib.
Həmçinin dövlət müəssisələrində işləyən hamilə qadınlar, əlillər, övladları uşaq bağçasına gedən analara da 1 günlük güzəşt edilib.
Şəbnəm Mehdizadə