İtaliya sahillərində miqrantları daşıyan qayıq batdı - 40 nəfər itkin düşdü


  • 19 Mart 21:36

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.

E-huquq.az xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri ilə 6-sı kişi və 4-ü qadın olmaqla, 10 nəfər xilas edilib, həmçinin 6 cəsəd çıxarılıb.

Qəza nəticəsində itkin düşən 40-dək miqrantın axtarışı davam edir.

Xatırladaq ki, ötən gün Lampeduza adasına 5 qayıqla, ümumilikdə, 213 miqrant gəlib. Hazırda adadakı miqrant düşərgəsində 230 nəfər var.

Oxşar xəbərlər