- 27 Aprel 23:21
Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
E-huquq.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Serbiya Hərbi Tibb Akademiyası məlumat yayıb.
Qeyd olunub ki, zərərçəkənlərdən biri xəstəxanada xəsarətlərdən sonra yaranan ağırlaşmalardan keçinib. Söhbət 2006-cı il təvəllüdlü xəstədən gedir ki, o, hadisə nəticəsində ciddi xəsarət almışdı.
Əvvəllər məlumat verildiyi kimi, Serbiyanın əhali sayına görə ikinci şəhərinin vağzal binasında yerləşən 50 metrlik beton konstruksiya noyabrın 1-də uçmuşdu. Dağılmanın səbəbləri hələ müəyyən edilməsə də, faciədən sonra Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa verib.
Faciədən sonra ölkədə hökumət əleyhinə etirazlar başlayıb və bu günədək davam edir.