Məzmuna keç

Türkiyədə xəstəxanada yanğın baş verib, xəstələr təxliyə edilir

Türkiyənin Antalya şəhərində Akdeniz Universiteti Xəstəxanasında yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanaın təcili yardım otağında naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Təcili yardım otağında olan xəstələr və işçilər təxliyə edilib.

Humay Eminqızı