Məzmuna keç

Fransada iki təyyarə havada toqquşub, yaralılar var

Fransanın Haute-Marne əyalətinin Saint-Dizier şəhərində təlim-məşq uçuşu həyata keçirən iki təyyarə havada toqquşub.

E-huquq.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lecornu məlumat verib.

Qəza zamanı xəsarət alan 2 pilot və 1 sərnişin xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, təyyarələrdən biri meşəlik əraziyə, digəri isə sement zavodunun yaxınlığına düşərək alovlanıb.

Humay Eminqızı