Məzmuna keç

Pezeşkian: “Hadisələr ABŞ-nin mövqeyindən və davranışından asılıdır”

“İran ikitərəfli təmaslardan imtina etməyib və heç vaxt dialoqdan yayınmayıb. Mövcud problemlərin kökündə duran vədlər pozulur. ABŞ etimadını bərpa etmək üçün real addımlar atmalıdır”.

E-huquq.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.

Pezeşkian bildirib: “Əvvəlki razılaşmalar üzrə öhdəliklər yerinə yetirilərsə, danışıqları davam etdirmək imkanı yaranacaq. Gələcək hadisələr ABŞ-nin mövqeyindən və davranışından asılıdır”.

Yada salaq ki, İran Prezidenti ABŞ-yə məktub göndərərək,

Birləmiş Ştatlarla birbaşa danışıqlardan imtina edib.

ABŞ Prezidenti Donald Tramp isə İranı hədələyən bəyanatla diqqət mərkəzinə düşüb. O, İranın razılığa gəlməyəcəyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirib.