- 20:53
Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.
E-huquq.az-a bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı R.Bağıyev saxlanılıb.
Səbail rayonunda bir nəfərin bank kartını və 300 manatını talamaqda şübhəli bilinən qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.