- 21:32
Daşkəsən rayonunda qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Eltun Məmmədov münaqişə zəminində qəsəbə sakini, qonşusu 1995-ci il təvəllüdlü İmdad Həsənovu bıçaqlayıb.
Yaralı ilk olaraq Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Xəsarət alan şəxsin vəziyyəti orta-ağırdır. İlkin məlumata görə, insident söyüş üstündə baş verib.
Faktla bağlı araşdırma başlanılıb.