- 3 May 22:19
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 2-də ümumi çəkisi 28,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 3,7 kiloqrama yaxın heroin, 22,6 kiloqrama yaxın marixuana və 2,5 kiloqramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.