Bakıda oğul atasını qətlə yetirdi


  • 3 May 18:42

Bakının Yasamal rayonunda qətl hadisəsi törədilib.

E-huquq.az xəbər verir ki, hadisə Rahib Tağıyev küçəsi ev 20-də baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Murad Əmirov atası Nizami Əmirova bir neçə bıçaq zərbəsi vurub. N.Əmirov hadisə yerində ölüb.

M.Əmirovun özü də xəsarət alıb.

O, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər