- 3 May 22:19
İmişli rayonunun Qulubəyli kəndində keçirilən toy mərasimində bıçaqlanma hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, kənd sakini, 1997-ci il təvəllüdlü Vüqar Vaqif oğlu Tarverdiyev bıçaqlanıb.
Yaralı dərhal Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti barədə hələlik məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.