- 22:50
Bu gün saat 04:00 radələrində ADY-yə məxsus qatar Xaçmaz istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb.
Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) e-huquq.az-a bildirib.
Qeyd olunub ki, maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və həmin şəxs həyatını itirib:
“Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Dəmir yollarından keçərkən yalnız müəyyən olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə etmək, dəmiryol xətlərinə yaxınlaşarkən sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etmək lazımdır”.