Sumqayıtda partlayış olub, xəsarət alan var - YENİLƏNİB


  • 14:42

Sumqayıtda baş verən partlayış səbəbilə mayın 7-də saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1997-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub.

E-huquq.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Başın, boyunun və gövdənin I dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. Pasiyent iltizamnamə əsasında ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

***

Sumqayıtda emalatxanada partlayış olub.

E-huquq.az xəbər verir ki, hadisə "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Sobanın partlaması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər