Bərdədə yeniyetmə çayda boğuldu


  • 9 May 18:55

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə e-huquq.az- nazirlikdən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Fərəcov Əli Bəxtiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər