Məzmuna keç

Bağçada uşaqları təhqir edən müəllim cinayət məsuliyyətinə cəlb edilə bilər – AÇ;IQLAMA

Uşaqları bağçada təhqir edən müəllim cinayət məsuliyyətinə cəlb edilə bilər

Məlum olduğu 331 saylı bağçada müəllimin uşaqları təhqir etməsi barədə sosial şəbəkələrdə video yayılıb. Qınaq obyektinə çevrilən müəllimin bu addımı cinayətdirmi? Ona qarşı hansı hüquqi addımlar atıla bilər?

E-huquq.az məsələ ilə bağlı vəkil Hafiz Ələsgərovla əlaqə saxlayıb.

Vəkil bildirib ki, müəllimin davranışlarında cinayət tərkibi var. Belə ki, uşağın valideyni müəllim haqqında xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər: “Müəllim təhqirə görə Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər”.