Məzmuna keç

Bakıda polis 3 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Daxili İşlər Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı B.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

Ondan ümumi çəkisi 3 kiloqramdan artıq olan heroin və marixuana aşkarlanıb.

Araşdırma aparılır.