Məzmuna keç

Bakıda minik və yük avtomobilləri toqquşdu, 3 nəfər öldü, 1 nəfər xəsarət aldı –

TƏBİB Bakıda baş verən avtoqəza ilə bağlı məlumat yayıb.

Qurumdan e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2025-ci il iyunun 7-də saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı kişi isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

***

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ilkin məlumata görə, "Mercedes" markalı yük maşını ilə "Wolkvagen" markalı minik avtomobili toqquşub.

Faktla bağlı araşdırma aparılır.