- 20:59
Qusar rayonunun Atlıxan kəndində yanğın olub.
Bu barədə e-huquq.az,-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları, altında yığılan 7 ton ot bağlaması və yaxınlıqdakı elektrik dirəyi qismən yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.