Məzmuna keç

Ağstafada qardaş qardaşını bıçaqladı

Ağstafa rayonunda ailə münaqişəsi qanla bitib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Abdulla Gəncəliyev kəsici alətlə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

lkin məlumata görə, hadisəni törətməkdə qardaşı 1990-cı il təvəllüdlü Vaqif Gəncəliyev şübhəli bilinir.

Belə ki, atası ilə mübahisə edən qardaşını ayırmağa çalışan V. Gəncəliyev kəsici alətlə A. Gəncəliyevə qol və çiyin nahiyyəsindən xəsarət yetirib.

Hazırda yaralının vəziyyəti kafidir.