Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var


  • 01:00

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, qəza rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.

Nəticədə, 1979-cu il təvəllüdlü H.Məlikov və 1994-cü il təvəllüdlü C.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

  • 8 İyun 17:54
Qusarda yanğın oldu