Həftəsonu 5 avtomat və digər silah-sursat aşkar edilib


  • 11:45

İyunun 7-də və 8-də polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbirləri həyata keçirilrib.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 qumbara, 1 qumbaraatan, 2 alışdırıcı, 4 tüfəng, 12 patron darağı və 2176 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Oxşar xəbərlər

  • 8 İyun 17:54
Qusarda yanğın oldu