- 00:12
Bakıda evi tərk edən uşaq polis əməkdaşları tərəfindən tapılıb.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev xəbər verib.
“Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Abbasov Yusif Nurxan oğlu dediyinə görə Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir”, - N.Əliyev bildirib.