Xəzər rayonunda 17 min manatlıq mal-qara oğurlanıb


  • 11:59

Bakının Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon sakini polisə müraciət edərək 17 min manat dəyərində mal-qarasının evinin həyətindən oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən N.Novruzov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər