Bakıda ev yandı, bir nəfər tüstüdən zəhərləndi


  • 26 Sentyabr 16:25

Bakıda 2 otaqlı ev yanıb, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə e-huquq.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 200 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, 1 ədəd kombi aparatı və 1 ədəd kondisioner yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər

  • 26 Sentyabr 12:30
Xankəndidə ev yandı
  • 25 Sentyabr 19:01
Cəlilabadda yanğın oldu