Təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb


  • 26 Sentyabr 17:57

Lənkəranda ondan kömək istəyən təqaüdçülərin pulunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı Kənan Əlizadə saxlanılıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, araşdırmalarla müəyyən edilib ki, K.Əlizadə kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən 4 nəfərin 1977 manat vəsaitini talayıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər

  • 26 Sentyabr 12:30
Xankəndidə ev yandı
  • 25 Sentyabr 19:01
Cəlilabadda yanğın oldu