Bakıda çoxmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib


  • 28 Sentyabr 11:26

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-ü uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər

  • 28 Sentyabr 14:26
Suraxanıda sex yandı
  • 26 Sentyabr 12:30
Xankəndidə ev yandı
  • 25 Sentyabr 19:01
Cəlilabadda yanğın oldu